Ədəbiyyat

Anar Əlizadə-Şeirlər

Kanal 15 gənc şair Anar Əlizadənin şeirlərini oxuculara təqdim edir.

 

” Sevəydin kaş”
Mən necə deyim ki, axı sev məni?
Sev məni desəm də sevən deyilsən..
Gəl tutub əl-ələ mənimlə gedək-
Desəm də mənimlə gedən deyilsən..

 
Kaş mənim dilimdə sehir olaydı,
Sev məni deyəndə sevəydin məni.
Kaş sənin qəlbində sevgi olaydı,
Bir ömür bəxdəvər edəydin məni..

 
Ya da ki, başqa cür olaydı hər şey ;
Bircə kəlmə ilə mənlə gedəydin..
Sən əsgər olaydın mən də komandir,
Mən “əmr” edəydim sən də sevəydin..

“Gör kimə aldanmişam”
Necə yalan söyləyib,
Mənə sevirəm dedin.
Yolun ayrı yol imiş,
Sənə gəlirəm dedin..

 
Bu qədər yalan ilə,
Necə yaşaya bildin?
Bir gün gedəcəkdinsə,
Ömrümə niyə gəldin?..

 
Gör nə qədər safam mən,
Hər sözünə inandım.
Bu soyuq qış günündə ,
Öz-özümə qalandım.

 
Sənə günəşim deyib,
Özüm oda yanmışam.
Ay mənim uşağ başım,
Gör kimə aldanmışam..!
****

Bir baxış ürəyə təsəlli olar,
Alib qollarına ezizləyərsən
Bir baxış böyüdüb gözlərin altda,
Onu da hamıdan esgirgəyərsən..

 
Gör nələr görürəm baxışarında,
Az qala özümlə tanış oluram..
Üz-üzə gələndə dilim üşənir,
Yenə də gözümlə tanış oluram..

 
Sənin gözlərində baxışım itib,
Daha baxmaga da baxış qalmayıb.
Gözümlə o qədər naxış cəkmişəm,
Daha çəkməyə də naxış qalmayıb..
***

Çixsa da gözləri gecə yatmayıb,
Qələmim yenə də xəyal quracaq.
Düşüb sən gətdiyin yolun izinə,
Gələndən,gedəndən səni soracaq..

 
Canını yolunda qurban verəcək,
Sarsa da həsrətin hər bir yanını.
Bu gecə bir vərəq üstde tökəcək,
Səninçün son damla axan qanını..

 
Yazacaq qəlbindən keçən ahları,
Nə dərdi vardısa deyəcək bir-bir.
Bəlkə sənin üçün bir dastan yazar,
Bəlkə də əlvida yazılmış sətir..

 
Sən gedən yolların tozunu alıb,
Göz yaşın,qanın da hədər verəcək.
Uzaqdan izini gözlə oxşayıb,
Sadəcə xoşbəxt ol deyib gedəcək..

 
Dözə bilməyərək bu əzablara,
Sən olan dünyadan qaçacaq qələm.
Sözüylə od qoyub bütün aləmə,
Özünü vərəqdən asacaq qələm..
****

Dünya da tərsinə firlanir ,Allah ,
Nə qədər məzlum var,nə qədər günah,
Deyəsən dünyanin ,sonudur ,vallah,
Çagirin, zamanin sahibi gəlsin!…

 
Hər yerdə dil acir bütün günahlar,
Herənin boynunda min günahi var,
Gör neçə ananin fəryad,ahi var,
Çagirin,zamanin sahibi gəlsin!…

 
Burda sevgilər də günaha batir,
Torpağin altinda körpə qiz yatir,
Günahlar günahin boynundan atir,
Çagirin zamanin sahibi gəlsin!…

 
Dünya da itirib özünü ,çawib,
Qarişib, halalla haram qarişib,
Burda günahlar da həddini aşib!,
Çagirin zamanin sahibi gəlsin!..

Şərh

Şərh

To Top