Ədəbiyyat

Ünvansız məktub-Dəniz Pənahova

Kanal 15 gənc və istedadlı yazar Dəniz Pənahovanı yeni hekayəsini oxuculara təqdim edir..

Salam atan ata!Necəsən deməyəcəm,çünki bu məktub ünvanına yetişməyəcək.Bilirsən yoxluğundan neçə illər ötüb keçib?Qayıtmayacağını dərk etdiyim andan unutmuşam sənsiz keçən illərin sayını.Sənin qayıdışın yayda qarın yağacağına inandığım qədərdir.Bilirsən heç “Ata” kəlməsinin qarşısında necə acizəm?Mən heç bilmirəm niyə sənsizəm.Anam hərdən keçmiş günlərdən danışır.Uşaqikən səni çox istəyirmişəm.Nədənsə səni çox istədiyim günləri , o hissləri xatırlaya bilmirəm.Nə sənin nə mənim günahımdır xatırlamamağım.Sənsiz keçən uzun illərin günahıdır.Bəlkə də taleyin töhvəsi idi bu həyatdan qalan son yadigar.Axı mən taleyə,qismətə,alın yazısına inanmırdım.Gedişini dərk etmədiyim illərdə yolunu çox gözləmişdim.Məhəllədə maşın siqnalını eşitcək tez küçəyə qaçardım.”Atam gəldi,atam gəldi” qışqıra-qışqıra.Qonşumuz Qaçay dayını görüb kor-peşman geri qayıdardım.Axı onun maşının da siqnalı “baaap baap”səs çıxarırdı. Saçlarıma çəkdiyin son sığalı unutmuşam.Səsini belə unutmuşam.Sən unudulmayacaq bir şey etdinmi?!Bəli etdin.Qanadımı qırıb getdin.Qanad olub qollarını özgələrə budaq etdin.Qardaşım sənin haqqında bilirsən nə düşünüb deyir?Deyir ki, “Sərçələr də ağlayar atası olmayanda” ”Ana ürəyi dağ çiçəyi,ata ürəyi daş çiçəyi” Daş da çiçək açarmı ata?O, ümid edir ki,sənin daşlaşmış qəlbin bir gün bizi düşünüb qayıdacaq. “Pişik balasını çox istədiyindən yeyər” “Meymun suda boğulunca balasını ayağının altına qoyub özünü qurtarar” Digər heyvanlar da balaları böyüyəndə buraxıb gedərlər. O üzdən artıq heç üzülmürəm də. Bir Novruz axşamı idi.Televizorda sənə bənzəyən bir türk müğənnisi mahnı oxuyurdu.Bığları,gözləri,səsi.Nədənsə indicə azacıq xatırladım səsini.Uşaq idim.Əlimdəki paxlavanı televizordan müğənninin ağzına uzatdım.Sən yemədin deyə pis olmuşdum.Ancaq səni görmüşdüm deyə yanımdasan kimi hiss etmişdim.Amma o,sən deyildin.Mahnı bitdiyində,atam yoxa çıxdığında başımı dizlərimə qoyub hönkür – hönkür ağlamışdım. Artıq yavaş-yavaş simanı da ,varlığını da unudurdum.Zaman unutdururdu desəm yalan söyləmiş olaram.Mən unutmaq istəyirdim.Çünki səni bağışlaya bilmirdim.Həm də məktəbdə uşaqlar atadan danışan zaman,mənim ürəyimi yandıran zaman,sənlə bağlı danışacaq bir əhvalatımın olmadığının fərqinə varanda anladım ki,unutmağı bacarmayacam,yaddan çıxarmağa çalışacam.Zaman adlı məhvum hətta ata adlı varlığa olan hisslərimi də özü ilə süpürüb aparmışdı. Uzun illərdən sonra unutduğum simanı qarşımda görəndə çaşqınlıq hissi bürümüşdü məni ata.Yuxudurmu bu?_deyə özümə sual vermişdim.Amma bu yuxu deyildi.Çünki səni yuxuda gördüyümü belə sanmıram.Fərz et ki,yuxudur deyə özümü yuxudan oyatdım.Ata adlı varlığa qovuşmaq necə bir hissdir hələ kəşf etməmişdim.Mənə sarıldığında belə bərk –bərk qucaqlamağını hiss etsəm də yenə bir yadlıq hissi bürümüşdü məni.Sanki yenə yoxa çıxacağını hiss edib özümü cilovlayırdım.Fəryad etmək,sənsiz keçirdiyim illərin hesabını sormaq istəmirdim.Mən həmin an bilirsən nə hiss etdim?Səni çox isdədiyim uşaqlıq illərini hiss etdim.Demək ki, xatırlamadığım,unutduğum sevgi pöhrələnmişdi içimdə.İstəmədən gözümdən bir damla yaş süzülüb dodaqlarımda nifrətdən qurudu.Sanki növbəti süzülən damlaya get deyirdi.Bir anlıq bütün hisslər qarışmışdı içimdə.Bizi atıb getmə səbəbini xatırlayıb mənim yox sənin aciz olmağından yaranmışdı bu nifrət.Yox əslində anamın yaşadıqlarına görə idi bu nifrət.Nifrət idisə mən niyə kövrəlmişdim hə ata?Sən içib də mənə qızım dedin hər zaman,İçib sənə ata desəm…Sən yenə çıxıb getdin!”Məni bağışladınmı”sualına sənə cavab verməmişdim xatırlayırsan?Bu ünvansız məktubda sənə deyirəm BAĞIŞLADIM.

Kanal 15/ Namiq

Şərh

Şərh

To Top