Lənkəranski sonuncu dəfə Azərbaycana Aşurada iştirak etmək üçün gəlib

0
1939
Rövşən Lənkəranski sonuncu dəfə Azərbaycanda 2014-cü ilin noyabrında olub. Həmin vaxt o, Aşurada iştirak etmək üçün doğulduğu Lənkəranı ziyarət edib.
Lənkəranski həmin il noyabrın 4-də doğulduğu şəhərdə keçirilən Aşura mərasiminə qatılıb. O zaman “qanuni oğru”nu şəhərin Kiçik Bazar adlanan ərazisində ətrafında 4-5 mühafizəçisi ilə görüblər.
Lənkəranski ilə yanaşı anası, həyat yoldaşı və uşaqları da Aşura mərasiminə qatılıb.
Məşhur “qanuni oğru” “Ded Xasan”ın qətlindən sonra Rövşən Lənkəranski əsasın Birləşmiş Ərəb Əmirliyində – Dubayda yaşayıb, İstanbula isə mütəmadi gəlirmiş.
Xatırladaq ki, məşhur kriminal avtoritet avqustun 17-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində naməlum killerlər tərəfindən içərisində özü ilə bərabər daha iki nəfərin olduğu “Range Rover”in gülləbaran edilməsi nəticəsində dünyasını dəyişib. Avtomobildən killerlərə cavab atəşi açılıb. “Range Rover”in sürücüsü və Rövşən Lənkəranski çoxsaylı güllə yaraları alıb.
Aldığı yaralardan sürücü yerində keçinib, kriminal avtoritet isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Türkiyə polisindəki mənbələrin bildirdiyinə görə, Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.(Qaynarinfo.Az)

Şərh

Şərh