Ədəbiyyat

Azər Allahverdiyev – İnsan ömrü gül qədərdi

İnsan ömrü gül qədərdi…
Bəzən olur ki, düşünürəm, o düşüncələr məni ötənlərə qaytarır. Bizim evin yaxınlığında bağca var idi, anam əlimdən tutub məni bağcaya aparardı, bağcanın qapısından ötürüb geri dönmək istəyəndə anamın əllərini buraxmırdım ağlayırdım. Gözümü açandan evdə anamı, birdə bacımı görmüşəm, atam dünyasını dəyişibdir. Düşünürəm o, çətin zamanlarda mən valideyin olsaydım heç inanmazdım ki, bu uşaqla böyüyəcək, həyata izli addımlar atacaqlar. Ailədə valideyinlərin birinin olmaması, o ailənin uşaqlarını böyütmək, həyata layiqli övlad yetişdirçək, düşüncələri çox çətindir. Bəzən olur ki, şair Nüsrət Kəsəmənlinin “Bizim evdə, biri vardı,biri yox” şerinə qoşulan nəğmə səslənəndə tənhalığa çəkilib göz yaşımı kipriyimin üstündə saxlayıram. O yaşadığım illər bir göz qırpımında gəlib keçib… İnsan doğulan bir gündən ölümə doğru bir addım atır, həyat şamdır hissə-hissə əriyir, həyat güldür səhər-səhər tərçiçəkli dərisən, zaman keçdikcə gül solur. Ancaq mənə çox müəmmalıdır ki, axı o şamı, o gülü insan düzəldir, insan ömrünü öz əli ilə əridər, ya gülə bənzədib soldurar? Səhər-səhər bağcamızdan gül dərdim, ətrini qoxladım, məni o gül yenə ötənlərə qaytardı, o qoxu onun qoxusuydu, yenə əvvəlkin tək tərçiçək qoxuyurdu. Bağcamızdan səhər dərdiyim bir dəstə gülü suya qoyub işə getmişdim, işdən evə nahara dönəndə gördüm ki, dərdiyim güllər solub, əvvəlki qoxusu yoxdur. Artıq bir daha dərk etdim ki, insan ömrü də gül kimidir, bir zaman tərçiçək qoxusa da, zaman keçdikcə solur. İnsan ömrü gül qədərdi.
Yazıçı Azər Allahverdiyev

Şərh

Şərh

To Top