Azərbaycan

Cəlilabad mərkəzi xəstəxanasında Ambulanslar sürücülərə xidmət edir-Fakt

Cəlilabad mərkəzi xəstəxanasının yarıtmaz əməlləri haqda dövrü mətbuat dəfələrlə məlumatlar versədə rəhbərlik heç bir tədbir görmür.

Kanal15.tv xəbər verir ki, Özbaşınalıq o qədər pik həddə çatıb ki,Ambulans maşınları sürücünün öz problemlərini həll etmək üçün istifadə olunur.

Ambulansın lazım olduğu anlarda isə,tibbi yardım göstərmək istəyən maşınlar hadisə yerinə yaşadığı evlərdən və həkimsiz gəlir.

Buna misal olaraq bildirmək istəyirik ki,bir neçə gün öncə Cəlilabad-Yardımlı yolunun Babalı kəndindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsini göstərmək olar.

4 yaralı üçün cəmi bir tibbi maşın gəlmişdi və həkimsiz.Hadisə şahidlərinin dediyinə görə xəstəxanaya dəfələrlə zəng etdiklərinə baxmayaraq növbətçi bildirmişdir ki,növbədə maşın yoxdu.

Ümidvarıq ki,bundan sonra Cəlilabad mərkəzi xəstəxanası öz yarıtmaz əməllərini yığışdıracaq.

Ardı var….

Kanal15.tv

Şərh

Şərh

To Top