Ədəbiyyat

Habil Rzanur-Şeirlər

Kanal15.tv istedadlı gənc yazar Habil Rzanurun şeirlərini oxuculara təqdim edir.

 

…ÖLMƏK İSTƏYƏN ÖLÜYƏM…
Mən darıxmaq xəstəsiyəm,
mən darıxan bir dəliyəm.
Mən,hər gecə darıxmaqdan,
ölmək istəyən ölüyəm!

Darıxmağa nə var bəyəm,
bir ulduzlu gecə bəsdi.
Xatirələr aşıb daşan,
kiçik,ensiz küçə bəsdi.

Durarsan yolun önündə,
bir xatirən,qonaq gələ.
Uzaqdan iki kölgə var,
tutub gəzirlər əl ələ.

Ürəyin od tutub yanar,
ahın buxarlanıb bişər.
Dönər göz yaşına,dönər,
yanaqlarınla sevişər.

Səs-səmirsiz ağlayarsan,
səndən özgə kimsə bilməz.
Deyərsən ölləm darıxıb,
ölülərsə,heç vaxt ölməz.

Mən darıxmaq xəstəsiyəm,
mən darıxan bir dəliyəm.
Mən hər gecə darıxmaqdan,
ölmək isdəyən ölüyəm.

..QAYIT KEÇMİŞİMİN ƏVVƏLİNDƏ QAL..
Mənim küləklərlə aram yoxdu heç!
Səninçün darıxan günləri çıxsam.
Heç atamın oğlu deyiləm əyər,
Birdə küləklərdə bucür darıxsam!

Bir də buludlarla öpüş yollama,
Bir də ətirlənib eyvana çıxma!
Bir də qismətinlə savaşa girmə,
Mənli arzularla göylərə baxma..!

Qayıt,keçmişimin,əvvəlində qal!
Həyatda hər nə var,gəldi gedərdi.
Doğrusu büs bütün arzular ki var,
Dünyaya gəlməmiş xatirələrdi!

…ÇALIŞ PAYIZ FƏSLİ QARŞIMA ÇIXMA…
Bu gün buludları satın almışam,
Sənli xatirələr,bahadır baha..
Payız boyu ehtiyyatım var hələ,
Buludlar mənimçün ağlıyır daha.

Bu payızda heçkəs ağlamasın ha….,
Bu payızın yağışları mənimdi!
Qalan fəsilləri verirəm sənə,
Payızdan özgəsi mənə qənimdi!

Bilirsən nə qədər ağlamışam mən?!
Heç anam mənimçün bələ ağlamaz.
Anam bu yazdığım şeiri görsə…,
Oğul deyib, heç məni qucaqlamaz!

Aldığın hər nəfəs əyandır mənə,
Düşünmə heç məni,şəklimə baxma.
Birdə inciməsən,bir xaişim var,
Çalış payız fəsli qarşıma çıxma!!!

..SƏN..
Yatmadığım gecələrdə..
gördüyüm yuxum kimisən.
Bütün varlığım sən idin,
olmusan,yoxum kimi,sən!

Şevişir ağ dən başımla,
Nə durmusan,buyur şumla!
Sən qəlbimdə göz yaşımla,
yetişən toxum kimisən.

Budur,mənim sədaqətim…
Elə saf ki,məhəbbətim,
Hərdən duam,ibadətim,
hərdən də,ahım kimisən.

Küsürsüzsə küsün məndən!
İmanımi kəsin məndən..!
Allah inciməsin məndən,
Elə Allahım kimisən!!

..BU İL ƏTİRSİZDİ GÜL DÜKANLARI..
Arzularım qanadlanan yerdəyəm,
Daş atdığım pəncərənin tinində.
Bu il ətirsizdi gül dükanları,
Sevgilisiz sevgililər günündə.

Bəlkədə dərdimin dərdi yoxdu heç,
Bir kiçicik şəkil boydadı dərdim.
Bu il bağladığım o gül dəstəsin,
Məndəki şəklinə hədiyyə verdim.

Nədənsə əllərim əsmədi Vallah!
Nədənsə dilimdə söz dolaşmadı.
Nədənsə utanıb çəkinmədim heç,
Dodaq boyan üzümə bulaşmadı.

Bu il çiçəklərdə görmədim səni,
Bu il yazdığım hər şeirdəsən sən!
Ötən il dərdiyim hər çiçək səndin…,
Bu il yazdığım hər şeir də,sənsən!
..RUHUMA QAZILAN ŞEİR..
Kim istəyir günah saysın,
gözü,şeirə yozacam.
Bu gün bir günah işləyib,
şeirə şeir yazacam.

Yazacam hər misrasında..,
bir cüt gözə gözüm düşüb.
Gözümdən,şəhid baxışlar,
qələmimdən sözüm düşüb.

Şeirə bir ad qoyacam,
ruhuma qazılan şeir.
Gözlərdən gözəl olmayır,
gözlərə yazılan şeir.

Kim istəyir günah saysın,
gözü,şeirə yozacam.
Bu gün bir günah işləyib,
şeirə şeir yazacam!!

Şərh

Şərh

To Top