Ədəbiyyat

İsanın oğlu-Mir Bağır

Mənə görə insanların sizi  yamanlayacaqları, hər cürə ələ salacaqları zaman siz nə bəxtiyarsınız!
(Üçüncü kitabdan)

 

Adım İsanın oğludur,bilirəm,deyəcəksiniz ki,belə qəribə də ad olar? Sizin qədər mənə də qəribə gəlir,özümü dərk edəndən hamı mənə İsanın oğlu deyir.mənim doğruçu adım nədir? Heç özüm də bilmirəm,hərdən elə kövrəlirəm ki,axı niyə tay-tuşlarım kimi mənim də adım yoxdur.rəhmətlik anam (onun adı Məryəm idi) xəstəliyin onu əldən saldığı vaxtlarda bir-iki dəfə məni başqa adla çağırdı,yəqin qızdırmanın şiddətindən anam sayıqlayırmış,axı mənim adım Məhəmməd ola bilməz,mənim adım İsanın oğludur.yaşadığım ucqar dağ kəndində hamı məni belə tanıyır.anamı çox sevirəm,öldüyü günə qədər öz əllərinin zəhməti ilə yaşadı,ağrıdan qıvrıldığı anlar da belə işi-gücü buraxmadı,yeriyə-yeriyə dünyasını dəyişdi.anam mənə deyərdi ki,ondan sonra heç kimə əl açmayım,insanlar çox etibarsızdır,etdiyin min yaxşılığı xatırlamaz,etdiyi bir yaxşılığa görə isə dünyanı xaraba qoyar,onu hər fürsətdə gözünə soxar.bilmirəm,anam düz deyirdi,ya yox ama onu bilirəm ki,anam düz olmayan şeyi etməzdi,elə yəqin düz deyirmiş.İndi anamdan qalma bir uçuq-sökük komada yaşayıram niyə anamdan qalma,çünki mənim atam olmayıb,ən azından qonşular belə deyir.hərdən gecələr uzun-uzadı xəyallara dalıb atamı axtarıram,xəyallarımda belə ona çatmaq istəyirəm,görəsən,necə biri olub atam.Yəqin,iri gövdəli,pırpız saçlı,insanlara inanan,bir qədər də qaradinməz adam olub.Bəlkə də yanımda olsaydı heç sevməzdim onu,əzizləməzdim,ama indi elə darıxıram ki,ondan sarı,iliklərimə qədər hiss edirəm yoxluğunu, Rənanın atasını görəndə elə qısqanıram ki!
Düzdür,o qədər də dərin düşüncəyə sahib deyiləm,bilmirəm fikrimi səlis ifadə edə bilmədiyimə görə,danışarkən belə kəkələyib həyəcalandığıma görə,gözəl qadınlar görəndə alətimin qalxıb-enməsinə görə Tanrıya necə təşəkkür edim.Buna ehtiyac varmı,ən cılız,ən ucuz hislərə görə göylərə yaltaqlanmağa dəyərmi,bilmirəm.Ümumiyyətlə götürsək çox az məlumatlı insanam.Yaşadığım yerdə nə qədər estetik düşüncəyə,ecazkar duyğulara sahib olursan ol,burda onları həyata keçirə biləcək,zövq ala biləcək şərait yoxdur.Bu ucqar dağ kəndində anamdan başqa hələ cavan yaşda dünyasını dəyişən olmayıb,çox uzunömürlü diyardır burası.Hərdən qoca qarıların çömbəlib oturduqları qulabanların yanından keçirəm,həyatdan iki əl,iki ayaq,iki əsa ilə bərk-bərk yapışıb tutanların inadından heyrətlənirəm.bəlkə də əllərindəki əsa ilə qorxuzurlar ölümü,bəlkə də buralarda yaşamaq üçün iki əl-ayaq kifayət etmir,gərək dəyənəyin də ola.nə isə…
o ki qaldı digər istedad və bacarıqlarıma bu haqda sizə danışmaq istəyirəm.balta ilə rəqs edərək odun yarmağı,yer şumlamağı,tualet üçün çolakka(anbar) qazmağı,zir-zibili toplamağı,naxırçılıq etməyi çox az adam mənim kimi bacarar,hələ siçan tutmaqdakı məharətimi demirəm.Nə yaxşı ki bütün bunları bacarıram,buna görə kənddə ad çıxarmışam.yoxsa işsiz qalardım,qonşu-bacada elə işlər olanda məni çağırıb bir qarın çörəyə işlədirlər,hərdən cibimə pul da qoyurlar.Düzü,bu,çox az-az hallarda olur.pul mənim nəyimə lazımdır ki,onu görəndə əsəbləşirəm,pul olmasaydı insanlar nə qədər mehriban,əliaçıq olardı,o zaman Ziya da üstümə xoruzlanıb deməzdi ki,səni pulla basdırram,dümbələk!Bütün əskikliklərə baxmayaraq özümü bu kənddən başqa yerdə təsəvvür edə bilmirəm.İnsanlar heç bir diqqətəlayiq cəhətim olmasa da,bəzən  işləri məndən keçir deyə hörmət edirlər.köhnə,geymədikləri nimdaş paltarlarını verirlər,İsanın oğluna bundan artıq nə lazımdır ki! Bu ucqar kənddə elə adamlara rast gəlirəm ki,baxıram o da insandır,danışır,gülür,yeyir adı da var.lakin,iynənin ucu boyda hörməti yoxdur.mənim adım olmasa da hörmətlə davranırlar,toylara,yas yerlərinə çağırıb qarşıma yeməklər düzürlər.bir də gördün toylarda durğuzub oynadırlar,oynaya bilmədiyim üçün toya baxanlar uğunub gedirlər,yas yerlərində ehsan verməmiş məni getməyə qoymurlar,ama son zamanlar dəvət olunan yerlərə getmirəm artıq.İnsanlar gözlərimə qəribə formada görünür,elə bilirəm ki,bir boşluq yaranan kimi tutub məni yeyəcəklər.bəzən onların yanında özümü anasın itirmiş körpə quzu kimi hiss edirəm.Bu qara-qura fikirlər məndə durduğum yerdə yaranmadı.Bir müddət əvvəl kənddə demək olarki iş – güc yox idi.heç kim bir-biri ilə bəhsə girib nə bağlarını təmizlətdirir,nə də tualet üçün anbar qazdırırdı.Elə bil,adamlar zəruri tələbatlarına belə qənaət edir,qiymətli bir şeymiş kimi bağırsaqlarında saxlayırdılar.Məhz belə günlərdə dəhşətli aclıqdan əziyyət çəkirdim.Hərdən burnuma qonşu-bacada bişən müxtəlif yeməklərin qoxusu gəlir,onların qəhqəhələri qulaqlarımı batırırdı,içimi soyuq tər basır,bu qəhqəhələr mənə dünyanın ən yırtıcı heyvanlarının mırıltısını xatırladırdı,lakin aclıq digər bütün qorxuların yanında ən dəhşətlisi idi və buna görə saatlarla həmin yeməklərin qoxusunu ciyərlərimə çəkməklə təsəlli tapırdım.Buna baxmayaraq,özümdə heç kimin qapısına gedib bir tikə çörək istəmək cəsarətini tapa bilmirdim.Çünki ,indiyə qədər heç kim deyə bilməzdi ki,İsanın oğluna təmənnasız bir yaxşılıq etmişəm.Əslində bütün bu şeyləri onlara mən aşılamışdım və belə anlarımda öz qaydalarıma dönük çıxmaq,onları iradəsizlik göstərib qurban vermək istəmirdim.Uzun sözün qısası,qonşumuz Valehgilin sarı,toppuş bir pişikləri vardı.Bu pişik məndə ən murdar ikrah hissi oyadırdı.Mənə elə gəlirdi ki,bu sarı eybəcər ancaq başqalarının əməyi ilə yaşayıb qürurlanan bir pislikdir,öz fiziki imkanlarını unutmuş qarınquludur və buna görə Tanrı mənə heç zad eləməz,əminəm ki,Tanrı özü də mənim kimi durumda olsaydı yəqin,bundan daha acınacaqlısını edərdi.Həmişə tutduğum siçanların demək olar ki,hamısını bu gombula yedizdirmişdim və əmin idim ki,məndən qəti təhlükə gözləməyən pişiyi tutmaq elə də çətin olmamalıdı.Bir vaxtlar bu pişik tutduğum siçanları yedikdən sonar böyrümdə-başımda nazlanır,məndə məzəli bir ovqat yaradırdı,düşünürdüm ki,pişik kimi yaşamaq necə də gözəl olardı.axı belə bir düstur var,insanlar həmişə özlərindən olanları deyil,özlərindən olmayanları daha çox sevirlər.İnsanların heyvanlara olan münasibəti insanların insanlara olan münasibətindən daha yaxşı deyilmi,məsələn qonşusunda acından ölən birini tanımır,lakin insanların gözü qarşısında hər hansı bir heyvana elə münasibət göstərir ki,sanki bu,insanlığın dibidir,bundan yaxşısı yoxdur.Lakin bütün bunlar mənim aclığımın yanında çox əhəmiyyətsiz olduğundan zərrə qədər olsun belə peşmançılıq hiss etmədən onu öldürüb parçalamaq qərarına gəldim.Bu,məndə izahını verə bilmədiyim qəribə xoşbəxtlik duyğuları oyatdı.Özümü ana təbiətin təməl qanunlarını pozan bir bədheybətin axrına çıxan qəhrəman kimi hiss etdim,anamdan sonra yalnız ölüm haqqında düşünən biri necə oldu ki,öldürmək hissinə qapılmış oldu,əslində öldürməyin ölməkdən nə qədər asan olduğunu indiyə qədər görəsən niyə düşünməmişdi,məhz tanrı da belə etmirmi,daha asan olan öldürməyi seçməyibmi,ölmək daha asan və daha gözəl olsaydı bunu özü də məmuniyyətlə seçmiş olardı.Həmin pişiyi öldürərkən gözlərinə heç bir qorxu nişanəsi çökmədi,həyatda bəlkə də ilk cani idim ki,qurbanım məndən zərrə qədər də çəkinmirdi və məni daha da əsəbləşdirən gözlərinin təkəbbürdən,özünə vurğunluqdan alışıb yanması idi.Bu məlum hadisədən sonra insanlar mənə həmin pişiyi xatırlatmağa başladı,yəqin onlar əməlimdən xəbər tutub deyirdim,necə olsa,insanlar başqalarının günahkar olduqlarını bilməkdən ötrü hüdü gedirlər,axı.Sanki,bununla elə zənn edirlər ki,oz pox-püsürlərini ört-basdır etmiş oldular.Buna baxmayaraq,bir müddət sonra bütün bunları artıq yadımdan çıxarmışdım.
Bu yaxınlarda kəndimizin adlı-sanlı kişilərindən olan kərbalayi Nəcəfin oğlu Ziya mənə qəribə aparat göstərdi,həm də əlavə etdi ki,dünyanın istənilən yeri ilə danışmaq olar.O an elə sevindim ki,qanadlarım olsaydı uçmaz,saatlarla bu sevinci mənə bəxş edən Ziyaya minnətdar olardım.Birtəhər özümə gəlib,tez məni anamla danışdır,-dedim.Ziya uğunub getdi,dişlərini ağarda-ağarda başıma bir qapaz da vurub dedi ki,bununla ancaq dirilərlə danışmaq olur.Çox peşman oldum,gözlərim sulandı,canıma elə gərginlik hopdu ki az qaldım tutub Ziyanı boğub öldürüm.mən bilirdim ki,anam mənim üçün dünyanın ən diri adamıdır,bu alçaq buna necə rişxənd edə bilərdiki!Nə isə…
Bir dəfə kərbəlayi Nəcəfgilin qoyun-quzularını kəndimizdən bir qədər aralıda olan dağın ətəyində otarırdım,bir qədər aralıda hərəkət edən bir qaraltı gördüm.yaxınlaşdıqca,mənə aydın oldu ki,gələn Ziyadır.Yanıma çatanda canıma üşütmə gəldi,ondan qəribə səslər gəlirdi.elə bildim,bu,Ziyanın cildinə girmiş hansısa bir məxluqdur,açığı çox qorxdum.mənim narahatlığımı görən Ziya yenə gülməyə başladı,cibindən həmin aparatı çıxardıb,telefondur ,-dedi.Hələ sən bunun digər imkanlarını görəsən.Ziya yanımda olduğu müddətdə bu balaca varlığın nələrə qadir olduğunun hamısını açıb göstərdi.Məni ən çox təəccübləndirən iki qıçını qasığı görünənə qədər aralamış qadın şəkli oldu.Ziya dedi ki,görüşdüyü qadındır.Həqiqətən,ayaqları insanın bütün ehtiras nöqtələrini alt-üst edirdi.Görəsən,üz cizgiləri necə? Bu qədər gözəl idimi?lakin Ziyanın dediyinə görə üzünün görünməsini itəməmişdi.Həmişə bir-birindən fərqlənməyən kənd günlərində belə qeyri-adiliyin görünməsi məni həm sevindirir,həm də qəribə narahatlıq verirdi.Həmin gün bir xeyli həyəcanlandım.Ziya dedi ki,quzulardan birini satıb daha maraqlı səhnələr köçürəcək telefonuna.O günü demək olar ki,yata bilmədim,gözlərimi yuman kimi qasığa qədər çılpaq olan qadın ayaqları gəlib dururdu gözlərimin önündə.Nəfəsimin bəzən fasilə verdiyini,başımın içində nəyinsə guruldadığını,alətimin özümdən biixtiyar hərəkətə gəldiyini hiss edirdim.Bilmirdim,buna görə Ziyaya çox sağol deyim,ya lənətlər yağdırım.Kənddə bir qızdan xoşum gəlirdi.onu necə tanıdığımı deyəcəm sizə.adı Rəna idi.ilk dəfə onu tualetləri üçün anbar qazdığım vaxt tanıdım.Mənə anbarın torpağını necə gəldi bayıra tulladığıma görə hətta donuz da demişdi.Buna elə sevindim ki o an.ilk dəfə idi ki, bir qız mənə mənasını anlamadığım nəsə deyirdi.Onların işini bir günə bitirdim,özü də iki metrəlik anbarı üç metrə qazdım,lakin sonralar necə axmaq bir iş tutduğumu bildim.axı,bu anbar nə vaxta dolacaqdı ki,mən də gedib yenisin qazacaqdım.Bu axmaqlığımı biləndə necə əsəbləşdimsə,özümə donuz dedim.Bu söz demək olar ki,mənim dilimdən düşmürdü.harda bir gözəllik görürdümsə,ona donuz deyirdim.Sonralar bildim ki,donuz heyvan adıdır.Olsun,bu,Rənaya olan sevgimi nəinki azaltdı,əksinə daha da alovlandırdı.Məhz belə ağrılı gecələrdə Rənanı xəyalımdan heçnə qoparıb çıxara bilmir,onu görmək ehtirası ilə alışıb yanırdım.Lakin,bilirdim ki,onu görməyim mümkünsüzdür.axı çoxları kimi o da məni insan yerinə qoymur.düzünə qalsa,hərdən elə bilirəm doğurdan da mən insan deyiləm,bəs əgər insan deyiləmsə,insanların arasında nə gəzirəm.Axı,hamı kimi olmasa da,Allahı tanıyıram.Hətta,qız da sevirəm,tez-tez kədərlənirəm də,bəlkə bütün bunlar aşırı insanlıqdan irəli gəlir,bəlkə insanlığın qədərini aşdığım üçündür bütün bəlalarımın səbəbi…Eeh insanlıq!
Ziyanın aparatında gördüyüm məlum qadın ayaqlarından sonra tez-tez boğazım quruyur.gecələr qəribə yuxular görürəm,bəzən o qədər arzulayıram ki,bu yuxulardan oyanmayım,ama nəsə ilıq bir şeyin qılçalarıma yayılmasından sonra dik atılıram.Yuxularım da yarımçıq bitir mənim.Bu yuxulardan sonra anladım ki,heç də bütün qadın ayaqları anamın ayaqları kimi damar-damar,əyri-üyrü və çəlimsiz deyilmiş.Yazıq anamın heç ayaqlarında da bəxti gətirməyibmiş.Bəlkə də ona görədir ki,mənim atam da yoxdur!
Rəna haqqında düşünərkən indilərdə dərin peşmançılıq hissi keçirirəm.Axı,niyə ruhunu və duyğularını səni uzaqdan belə görmək istəməyən birinə təslim etmisən.Dünyada kim olursa,olsun buna dəyəcək insan varmı?Əgər başqalarına hökmən nəsə vermək istəyirsənsə,öncə sevgini deyil,qorxunu ver,əzəmətini diqtə elə,gör onda sənə necə xıtılanırlar,qarşında necə alçalırlar.Lakin məndə ilahidən bu hislər yoxdur,axı.Mən adi  anbar qazan,qoyun otaran biriyəm.İnsanlar üzərindəki hakimiyyəti necə qazanmaq olar?
Axır zamanlar dəhşətli darıxmaq xəstəliyinə tutulmuşam.Mövcud olan hər şey məni əsəbləşdirir,içimi daraldır,ruhumu qamçılayır.Ən dəhşətli darıxmaq şəklidir nədən və niyə darıxdığını bilməmək…Bütün insani hislərə qarşı içimdə özümə də qəribə gələn ikrah hissi doğmaqdadır.Məhz,belə anlarda mənə elə gəlir ki,həqiqətən de elə əvvəldən insan olmamışam.
Bir gün yenə kərbəlayi Nəcəfgilin qoyun-quzularını otarırdım.Ziya gəldi.Üzünün ifadəsindən bilinirdi ki,yenə də məni həyəcanlandıracaq.Bilirsən,-dedi,atamdan xəbərsiz bir quzu əkişdirib satdım,sənə xəzinə gətirmişəm gəl baxaq.kefim olmasa da,naəlaclıqdan baxmağa başladım.necə iyrənc səhnələr vardı orda,halbuki,mən yuxularımda bunlara oxşar ama çox gözəl şeylər görmüşdüm.Nəfəsim daraldığından gözlərimi həmin aparatdan çəkdim.Ziya bic-bic gülüb,nooldu,-dedi.hələ burda elə səhnə var,göstərsəm dəli olarsan.Məni maraq bürüdü,həmin səhnəni göstər dedim.baxanda dəhşətə gəldim.Ziya Rəna ilə öpüşdüyü,min bir hoqqadan çıxdığı səhnəni həmin aparatda mənə göstərdi.Elə bildim,gözlərimin önündə ildırım çaxdı,göylər sökülüb dağılmağa başladı,əllərimlə gözlərimi bağlayıb səndəlləyə-səndəlləyə ziyanın yanından uzaqlaşdım.necə kövrəldiyimi deyə bilmərəm,ama sol tərəfimdə küt bir ağrı hiss etdim,yerə çömbəlib qeyri-ixtiyari hönkürtü vurdum,özümə gələndə gördüm ki,artıq Ziya yoxdur.Ziya mənim kürəyimdən xəncəri saplamış,öldüyümü zənn edərək çəkib getmişdi.O bir şeyi unutmuşdu,əgər xəncəri öldüyünü zənn etdiyin adamın kürəyində unutmusansa,bilki o xəncər sənin ürəyinə saplanacaqdır…

 
Bütün bu müddət ərzində indi anladım ki,təklik nə qədər qasırğalı və dağıdıcı imiş.İçimdən hansısa bağların qırıldığını,ruhumun tar-mar olduğunu,düşüncəmin quduz bir canavara çevrildiyini hiss etdim.Bütün bu duyğular,daha doğrusu,duyğusuzluq içində özümü yaxınlıqdakı qoyun-quzuların arasına vurdum.Ətli-canlı birini seçib biraz aralıda olan palıd ağacının altına apardım.Həzzin elə bir anı oldu ki,nəinki,özümü,hətta təbiəti,göyləri və Tanrını da unutdum.Unutmağım təkcə Rənanın ayaqlarıydı.Bu müddət ərzində gözlərimin önündən bir an olsun belə çəkilib getmədi.Xoşbəxlik yuxusundan ayılanda gördüm ki,Ziya aparatı mənə tərəf tutub xısın-xısın gülür.nə edəcəyimi bilmədim,qoyunu buraxıb,Ziyanın üstünə cumdum.Mənə elə güc gəldi ki,onu göz qırpımında yerə çırpıb üzünün şirin ətindən bir dişləm götürdüm,üst-başı qana bulaşdı,mən də qan içində idim.Ziya özünü itirmiş halda mənə baxıb vəhşi kimi bağırmağa başladı.Mənsə,artıq məni nələrin gözlədiyini anlayıb ordan sürətlə qaçmağa başladım.İndi sərgərdan bir həyat keçirirəm,bir dəfə Ziyanın uzaq qohumlarından biri başqa ucqar dağ kəndində məni tanıdı,bir neçə nəfərlə üstümə düşüb özümdən gedənə qədər döydülər,həmin vaxt sağ qıçımı sındırmışdılar,o vaxtdan axsayıram,yolçuluq edirəm.yarıac,yarıtox dolanıram.Keçmişlə bağlı hər şeyi unutmuşam,unutmadığım yalnız Rənanın ayaqlarıdır…

 

 

P.S.Hal-hazırda Rəna ilə Ziya ailəlidir,iki övladları var.O ki qaldı İsanın oğluna bu yaxınlarda eşitdim ki,küçəni keçərkən maşın vurmuş,baxımsızlıqdan keçinmişdir…Qatil isə tapılmamışdır!

 

 

Mir Bağır

Şərh

Şərh

To Top