Ədəbiyyat

An məsələsi-Mir Bağır yazır……

“ An “ məsələsi… ( həyatın içindən )

İndi o, evdə – öz qadının yanında və körpələrinin arasında özünü o qədər tənha hiss edir ki, divarlar onu sıxmağa, qəlbini didib – parçalamağa başlayır. O, belə ola bilməzdi : işdən evə qayıdanda həvəslə körpələrinə sarılar, üzləri tüpürcəkdən köpüklənənə qədər onları öpər, bağrına basardı.Qadınını bərk – bərk qucaqlayar, dodaqlarından öpər, üzünə gülümsəyərdi.
Aynada özünə baxdı, həmin vücud və simada idi, lakin üzündə sanki, qara bir kölgə vardı.Baxışları əvvəlki kimi işıq saçmır, ürəyi evinə, ailəsinə doğan sevgi, sədaqət və hörmət ehtirasından qaynamırdı. Dostu Elşən yadına düşdü, hər dəfə ona : ailə, sədaqət, öz qadınına qarşısıalınmaz sevgiylə bağlılıq, bütün həyat eşqini , qəlbinin bütün dərinliklərindən gələn ən təmiz və ehtiraslı hissləri, məhz ailəyə xərcləmək kimi verdiyi nəsihətlər yadına düşdü.Bəzən öz tanışları və sinif yoldaşlarıyla bu haqda danışarkən etdiyi çılğınlıqları xatırlamağa başladı. Bəli, o, bütün həmsöhbətlərinə ailə dəyərləri və sədaqət haqqındakı mübahisələrdə qalib gəlmişdi, lakin ona aynadan baxan, az qala güclə sezilən baxışlar onun gözlərindən çıxa bilməzdi. O, bir insan kimi yoxamı çıxmışdı, yoxsa əslində ruhunun bütün gizlinlərində olmaq istədiyi kimi bir varlığamı dönmüşdü, o, doğurdanmı axtardığını tapmışdı.İndi öz doğma evində doğmaları onun yanından sağa – sola ötüb keçən insan siluetlərindən başqa bir şey deyildi.O, evində idi, həm də evində deyildi, o, qadınına qulaq asırdı, ama onu eşitmirdi, uşaqlarına baxırdı, lakin onları görmürdü.Bəzən özünə qayıdanda düşünürdü, onun əsl həyatı bu ola bilməz! Hətta özünü inandırmağa çalışırdı ki, bu, sadəcə qorxulu bir kabusdur: O, heç kəsi sevməyib, ailə də qurmayıb, öz evi, uşaqları da yoxdur. Səhər açılacaq, günəş öz nurlu şəfəqləri ilə dünyanı işıqlandıracaq və o da bu qorxulu yuxudan oyanacaq, hər şey bitəcək!.Həvəslə səhər yeməyini yeyib, küçəyə çıxacaq, əllərini sağ – sola fırladıb gərnəşəcək, yumruqlarıyla sinəsinə vuraraq ilk gördüyü insana gülərək salam verəcək və ən dərin ehtirasla Sevdanın zəngini gözləyəcək…Bəs onun bütün fikirlərini alt – üst edən, sədaqət və özgüvənlə qurulmuş ailə məbədini bir təkanla dağıdıb viran qoyan bu sirli qadın kim idi belə?
Fərid onu ilk dəfə Bakıda, dostunun toyunda görmüşdü.Bəy stulunda oturmuş dostu ilə şəkil çəkdirərkən Sevdanın yanında durmuş, bu qarışıqlıqda Sevdanın əlləri ona toxunmuşdu, əvvəl bütün bədəninə soyuq gizilti düşsə də sonra hətta cəsarətə gəlib onun əllərindən tutmuşdu.Sevda heç bir şeydən narahat olmayırmış kimi hətta Fəridin üzünə gülümsəmişdi də.Fərid bu bənzərsiz gülüşdən sonra özünə nəzarəti tamamilə itirmiş, hətta biraz da irəli gedib sağ əlini Sevdanın belinə keçirmişdi.Sonra onlar bir yerdə həzin bir musiqiyə rəqs də etmişdilər, yəni bu qədər sadə başlamışdı onların bu hekayəsi, sonralarsa qarşısıalınmaz bir alova çevrilmişdi, elə bir alova ki, Fərid hər dəfə bu alovda yanmaq istəmişdi.Zaman keçdikcə Fərid anlamışdı ki, məsələ əks cinslərin təmasından doğan ləzzətdə deyil, məsələ tamam başqa şeydədir.Bu, nə sözdür, nə də qüvvətli təsir, bu, an məsələsidir.Bu, ürəklərin də təması deyil, bu, ruhların qarışmasıdır.Fərid o gündən sonra əslində çox şeyini itirmişdi, lakin bəlkə özü də bilmədən özünü qazanmışdı.O, aynanın qarşısında ölü kimi qalmışdı, yavaş – yavaş gözlərinin dolduğunu sonra yanaqlarına süzülüb gələn ilıq göz yaşlarını hiss elədi, bu vaxt qulaqlarına isti bir nəfəsin toxunduğunu, boynuna sarılan qadın əllərinin olduğunu duydu. Bu qadın onu bütün gözəlliyi ilə öpməyə, ən həssas nöqtələrinə toxunmağa başladı, Fərid sövq – təbii vəcdə gələrək onu ağuşuna alıb yataq otağına apardı, qadına bu vaxta qədər etmədiyi izah olunmaz bir ehtirasla toxunmağa, onun bütün vücudunu öpüb keçməyə, ən elektrik qişalara əvvəlcə hərarətli nəfəsi və əlləriylə, daha sonra dodaqlarıyla titrəyə – titrəyə oxşamağa başladı, qadın hər toxunuşda Fəridi pıçıldamağa, onun dəmir kimi möhkəm əllərinin arasında çırpınmağa, qıvrılmağa başladı.Fərid bayaqdan bəri içində çökmüş qurğuşun qədər ağır, kədərli düşüncülərdən azad olaraq , onu üçün yeni, sözlərini indi özü yazmağa başladığı bir həyatın ağuşuna atıldı…
sonda o belə bir qənaətə gəldi ki, bu dünyada ən asan iş sədaqət və məhəbbət barədə ağızdolusu danışmaq imiş…

Şərh

Şərh

To Top