Qarabağ

“Qarabağda atışma davam edəcək”

“Dağlıq Qarabağda aprel döyüşlərinin təkrarlanmasını ehtimal etmirəm. Hazırda danışıqlar prosesinin aparılması, Rusiyanın bu məsələni diqqətdə saxlaması kimi faktorlar var”.

Kanal15.tv  xəbər verir ki, bunu sonxeber.az-a millət vəkili Fazil Mustafa düşmənlə təmas xəttində gərginliyin artmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi hər bir atəşə cavab verir.

“Dağlıq Qarabağda intensiv atışmalar davam edəcək. Çünki erməni tərəfi təxribatdan əl çəkmir. Azərbaycanda ordusu da hər bir atəşə cavab verir. O qədər böyük təhlükə gözlənilmir, atışma lokal formada davam edəcək. Hazırkı şərtlər daxilində aprel döyüşlərinin yenidən təkrarlanacağına ehtimal vermirəm. Çünki hazırda danışıqlar prosesinin aparılması, Rusiyanın bu məsələni diqqətdə saxlaması kimi faktorlar var. Hazırda ancaq atışmadan söhbət gedəcək. Yeni bir situasiya gözləmirəm”.

Şərh

Şərh

To Top