Qarabağ

PKK terror təşkilatının caniləri Azərbaycanın Qarabağ bölgəsində – FOTO

Kanal15.tv  worldmedia.az-ın İranın ANAJ agentliyindən tərcümə etdiyi xəbəri təqdim edir:

SSRİ dağıldıqdan, Qafqazda, Orta Asiyada yeni dövlətlər yarandıqdan sonra, SSRİ dövründə Azərbaycan SSR-in tərkibində olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ərazisi kimi tanınıb. Lakin 1988-ci ildə Dağlıq Qarabağı işğal etmək məqsədilə müharibəyə başlayan ermənilər Sovet İttifaqı parçalandıqdan bir müddət sonra bu müsəlman bölgəsini işğal ediblər. Bu gün iki ölkə atəşkəs şəraitində yaşayır, lakin ermənilər Azərbaycana qarşı təxribatları pərdə arxasında davam etdirirlər.

Regionda fəaliyyət göstərən bir sıra kürd silahlı birləşmələri ilə yaxın əlaqələri olan ermənilər Dağlıq Qarabağın bir hissəsini PKK terror təşkilatının ünsürlərinə verib, hətta terrorçuları hərbi təlim düşərgələrilə təmin edib. Bu dəfə ermənilər PKK terror təşkilatı ilə əlbir olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində daha bir təxribata əl atmağı planlaşdırırlar.

Region ölkələrində müxtəlif qanadları olan PKK terror təşkilatı “Böyük Kürdüstan” adlı dövlət qurmaq məqsədilə yaradılıb. Qadınlara təcavüz, əsgərlərin, uşaqların, mülki əhalinin başını kəsməklə tanınmış bu terror qruplaşması irqçi erməni qruplaşmalarla yaxın əlaqələrə malikdir. İrqçi erməni qruplaşmaları, o cümlədən ASALA terror təşkilatı da terror aktlarının həyata keçirilməsində PKK-dan geri qalmır. Onlar öz növbəsində, “Böyük Ermənistan” dövləti qurmaq məqsədilə yaradılıb.

Bir sözlə, ermənilər tərəfindən işğala məruz qalmış Dağlıq Qarabağ bölgəsi bu gün PKK terror təşkilatı ünsürlərinin hərbi təlim mərkəzinə çevrilib.

Mühüm məqamlardan biri budur ki, Dağlıq Qarabağda PKK terror təşkilatı ünsürlərinin artması ilə Azərbaycan Respublikası Ermənistan ordusu ilə yanaşı, daha bir terror təşkilatı ilə qarşı-qarşıya durmalı olacaq. Bu, Dağlıq Qarabağ və ətraf rayonların (Azərbaycan ərazisinin 20%-i) mütləq itirilməsi demək ola bilər.

Müsəlman dövlətləri, hətta NATO üzvləri arasında ən güclü ordulardan sayılan Türkiyə ordusu on illərdir ki, PKK ilə mübarizə aparır. Amma o, bu günədək bu terror qruplaşmasını məğlub, məhv edə bilməyib.

Ermənilərin müsəlman, şiə Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin bir hissəsi təqdim etdiyimiz fotolarda əksini tapıb. Xocalıda ermənilər tərəfindən günahsız azərbaycanlıların qətliamı bu cinayətlərdən yalnız biridir.

Bu faciə o zaman bir neçə fotoqraf tərəfindən lentə alınıb: Viktoriya İqlova, Fridrik Liqayn, İlqar Cəfərov və Ar. Manqasaryan. Cəfərovun kolleksiyasından başqa, bütün fotolar rənglidir. Onlar Xocalıya aid sənədlər və fotolar saytında var. Qeyd edək ki, bəzi fotolar insanlarda ciddi narahatlıq yarada bilər.

Bu arada, beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən PKK terror təşkilatı ünsürlərinin və ona bağlı qolların qeyri-insani addımları haqqında yayılan məlumatlar belədir: “PKK terror təşkilatı rəhbərlərinin dekadent düşüncəyə və qeyri-sağlam şəxsiyyətə malik olması üzündən, onlar üçün qadınlar seksual kölədir. Qadınların cinsi istismarı bu terror təşkilatının fəaliyyətinin ayrılmaz hissəsidir. Bu terror təşkilatında, ona bağlı qollarda qadınların və uşaqların qətli, başlarının kəsilməsi “Böyük Kürdüstan” idealına nail olunması istiqamətində fəaliyyətin təbii və zəruri hissəsi sayılır”.

Qruplaşma üzvləri bütün dünyaya yayılıb. Onlar “kişi və qadın bərabərliyi” şüarı ilə əslində qadınları cinsi qula çevirirlər! Qeyd etmək lazımdır ki, QİÇS kimi xəstəliklər PKK və ona bağlı təşkilatlarda geniş yayılıb.

Keçmişdə özü də PKK terror təşkilatının üzvlərindən olmuş bir kürd jurnalist PKK lideri Abdulla Ocalan və təşkilatın digər rəhbərləri tərəfindən dəfələrlə cinsi təcavüzə məruz qalmaqdan bezərək Avropaya qaçmış 10 qadınla görüşərək, söhbət edib. Bu müsahibələrin mətni “PKK-da qadın olmaq” adlı kitab formasında dərc edilib. Kitabdan bir epizod: “Abdulla Ocalan və təşkilatın digər liderləri ətrafına topladıqları gözəl qadınlarla “xoşbəxt həyat” yaşayırlar. Təşkilatın liderləri onlara müqavimət göstərən qadınları zorlayırlar”.

PJAK terror qruplaşmasında da vəziyyət onun ana qolu sayılan PKK-dakından geri qalmır, əksinə, daha da pisdir. Bu qruplaşmanın strukturunda qadınlarla kişilər birlikdə yaşayırlar. PJAK elə bu amildən gəncləri öz sıralarına cəlb etmək üçün təbliğat vasitəsi kimi yararlanır. PJAK-da evlənmək qadağan olsa da, gizli cinsi əlaqə geniş yayılıb. PKK və PJAK-da iddia edirlər ki, onların üzvləri evlənməməlidir, çünki bu təriqətin əsas şüarlarından biri qadın hüquqlarına xüsusi hörmətdir. Lakin əməldə belə deyil. Rəhbərlər əsir və qruplaşmanın üzvü olan qadınları cinsi istismara məruz qoyur, daha sonra onları öz döyüşçülərinə verirlər.

Bu ünsürlərin Azərbaycanda mövcudluğu

Ən faciəvi olanı PKK terror təşkilatı ünsürlərinin ermənilərlə birlikdə Azərbaycanın işğal olunmuş torpaqlarında mövcudluğudur. Dağlıq Qarabağda onların sayı artarsa, Azərbaycanın işğal altındakı ərazilərini geri qaytarmaq üçün müharibəyə başlaması halında terrorçular Azərbaycanın digər bölgələrinə də yayıla bilər.

PKK ünsürlərinin və ermənilərin Qarabağdan qanuni və beynəlxalq vasitələrlə qovulması 30 ilə yaxındır ki, mümkün olmur. Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxaraq müstəqillik əldə edəcəyi təqdirdə isə biz terrorçularla dolu bir ölkə ilə qonşu olacağıq.

 

Şərh

Şərh

To Top