Qarabağ

Rusiya, ABŞ və Fransa xairici işlər nazirlərindən Dağlıq Qarabağ bəyanatı – YENİLƏNİB

23:33

ATƏT-in Minsk qrupu üzvləri yekdilliklə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu həll olunmasının tərəfdarıdır və Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil etməyə hazırdır.

Kanal15.tv “Report”a istinadən bildirir ki, bu barədə Rusiya, ABŞ və Fransa XİN rəhbərlərinin bu gün Hamburqda qəbul etdiyi bəyanatda deyilir.
“Həmsədr ölkələr Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazırdırlar. Biz əminik ki, ən yaxın imkan daxilində bu danışıqlar baş tutmalıdır. Həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir”, – Sergey Lavrov, Con Kerri və Jan-Mark Eyronun birgə bəyanatında deyilir.

23:31

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı olduqlarını vurğulayıblar.

Kanal15.tv  Trend-ə istinadən bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağa dair bəyanat yayıblar.

Şərh

Şərh

To Top