Ədəbiyyat

Ramil Məmmədov-Şeirlər

 

Yenə yuxu yenə röya
Yenə sənlə bir yerdəydik
Oturmuşduq sənlə birgə
İkimiz də bir evdəydik
Oxşayırdım tellərini
Nəfəsini duya duya
Buraxmazdım əllərini
Elə möhkəm tutmuşdumki
Məni axı kim oyatdı
Elə şirin yatmışdımki
Sağa baxdım sola baxdım
Amma yoxsan…

Bu payızda çisən oldun
Çisgin oldun duman oldun
Hey düşündüm qayıdarsan
Ümid oldun güman oldun
Dedim bəlkə suya dönüb
Buxar olub gizlənmisən
Üzərimə yağış olub qayıtmağa
Yağış yağır həyətdəyəm
Alışmışam özümü mən ovutmağa
Ağlımdan da belə keçmir
Səni bir an unutmağa
Yagış bitir
amma yoxsan….

****
Bu gecə yuxuda səni görmüşəm
Yayın istisində,donmuş buz kimi
Dinib, danışmağa taqətin yoxdu
Dünyadan yorulmuş tənha qız kimi

Bu gecə yuxuda səni görmüşəm
Bir heykəl cildində canlı bir insan
Sanki bir rəssamın bir ömür boyu
Yazıb,yaratdığı canlı bir əsər…
Saçların dağınıq,üzünə sarı
Günəş kölgə salmış gözünə sarı
Əllərin qoynunda özünə sarı
Bu gecə yuxuda səni görmüşəm

Bu gecə yuxumda səni görmüşəm
Bir sevgi düşmənı yorğun bir qadın
Bezib yalan dolu saxta üzlərdən
İtirmiş özünü , unutmuş adın
Bu gecə yuxumda səni görmüşəm
Təbiət cildində gözəl bir insnan
Üzündə Günəşin parlaq ışığı
Gözündə süzülən bulud damlası

*****
Yagış yağı gör necə tüğyan edir
Guruldayır göy,yerə üsyan edir

Tarlaları sel aparır , qiyamət
Yağan yağış aclığa bir işarət

Tağ tərəvəz məhvə gedir günbəgün,
Tarlaları məhv eləyir , büsbütün.

Döndü heçə kəndçi yenə ağlayır
Ac acına körpəsin qucağlayır.

Ümid də yoxdu yenə varlanmağa
Yağ ey yağış vərdişik islanmağa

Qismətimizdirsə əgər, ac qalaq
Şükür qılaq ,zikr qılaq ,sağ qalaq
Varlı baba dağıtsın öz varını
Kəndçi baba suya qoysun qarını

Şor qatığı yesək də halal yeyək
Şükür eliyək Tanrıya sağ ol deyək
****

Şərh

Şərh

To Top