Verilişlər

Cəlilabad rayonunda tanınmış şairə-publisist İradə Əlilinin poeziya gecəsi keçirilmişdir

Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tanınmış şairə-publisist İradə Əlilinin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəşad Salmanov açaraq gecənin iştirakçılarını salamlayaraq İradə xanımı iştirakçılara təqdim etdi.

Gecədə Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Elçin Hüseynov, şair Gülbala Teymur, İman Abdulla, əməkdar məşqçi Şəhriyar Əsgərov, gənc fəal Ziya QürbətovMüslüm həkimdə iştirak edərək öz ürək sözlərini dedilər. Gecədə şeir həvəskarları,tələbələr İradə xanımın şeirlərini səsləndirdilər. Sonda şairə tərəfindən iştirakçılara yeni çapdan çıxmış kitabları hədiyyə edildi.

Şərh

Şərh

To Top