DÜNYA

Türkiyə və Rusiya Dağlıq Qarabağla bağlı razılığa gəldilər

Türkiyənin Baş naziri Binəli Yıldırımın Rusiya səfəri zamanı iki ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərin artırılması barədə razılığa gəliblər.

Kanal15.tv  xəbər verir ki, bu barədə Trend-ə Türkiyə-Rusiya parlamentlərarası Dostluq Qrupu rəhbəri Rəcai Bərbər deyib.

Onun sözlərinə görə, əvvəldən Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir.

“Əslində, Ermənistan da bu problemin həllini istəyir, çünki Dağlıq Qarabağ münaqişəsi Ermənistanı xarici dünyadan təcrid edir və bu da Ermənistanın iqtisadiyyatına güclü təsir göstərir. Bu problemin həlli, şübhəsiz, regionda sabitliyə və vətəndaşlarının rifahının yüksəlməsinə gətirib çıxaracaq”, – deyə Dostluq Qrupu rəhbəri bildirib.

Onun sözlərinə görə, Türkiyə, məsələn Gürcüstanla olduğu kimi, Ermənistanla da yaxşı münasibətlər qurmaq niyyətindədir, amma Ankara ilə Yerevan arasında yaxşı münasibətlər ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin azad olunmasında sona mümkündür.

Şərh

Şərh

To Top