Bölgələr

Masallıdakı dəhşətli qətlin səbəbi — Oteldə başqa kişiylə tutubmuş

Masallı rayonunda keçmiş həyat yoldaşını qətlə yetirmiş şəxsin kimliyi məlum olub.

Rayon Polis İdarəsindən verilən məlumata görə, 1975-ci il təvəllüdlü Salyan rayon sakini Muradov İbrahim Paşa oğlu, keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Masallı sakini Hüseynova Röya Novruz qızını qətlə yetirib.

Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, uzun müddətdir keçmiş həyat yoldaşını izləyən Muradov onu dekabrın 12-də Masallıdakı otellərdən birində başqa bir şəxslə tutduğu üçün qətlə yetirib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

///Ölkə.Az

Şərh

Şərh

To Top