Bölgələr

Ağdama güclü qar yağdı – Foto

Ağdam rayonuna güclü qar yağıb.

Kanal15.tv APA-ya istinadən verdiyi xəbərə görə, Ağdam rayonuna güclü qar yağıb və bu Ağdama yağan ilk qar olub.

Qarın yağması cəbhə kəndlərinə gedən avtomobil yollarda problem yaratmayıb. Hazırda qarın yağması davam edir.

Qeyd edək ki, dekabrın 15-də Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

 

Şərh

Şərh

To Top