DÜNYA

Sarkisyanın Qarabağ təklifi, 30 dəqiqəyə qurtaracaq MÜHARİBƏ… – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Erməni Milli Konqresi” partiyasının (AMK) lideri Levon Ter-Petrosyanın Dağlıq Qarabağla bağlı bəyanatı rezonans doğurdu. Ukraynanın şərqində vəziyyət gərginləşib. BMT Təhlükəsizlik Şurası Hələb üzrə qətnaməni yekdilliklə qəbul edib. Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb.

Levon Ter-Petrosyan İrəvanı əraziləri qaytarmağa çağırdı – SENSASİYA

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi” partiyasının (AMK) lideri Levon Ter-Petrosyan partiyanın qurultayında çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və erməni-türk münasibətlərinin normallaşması Ermənistanın və Dağlıq Qarabağın iqtisadi inkişafının və demoqrafik vəziyyətinin yaxşılaşmasının, eləcə də təhlükəsizliyinin əsas zaminidir.

L.Petrosyan qeyd edib ki, keçən uzun müddət münaqişənin həlli olmadan Ermənistanın hər-hansı inkişaf perspektivindən məhrum edildiyini anlamağa imkan verir.

Şərh

Şərh

To Top