Bölgələr

8 otaqlı evdə YANĞIN

Gündüz saatlarında Masallıda yanğın faktı qeydə alınıb.

Kanal15.tv Trend-ə istinadən bildirir ki, rayonun Türkoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 182 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 30 m2, 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 91 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh

Şərh

To Top