Bölgələr

Qubanın ucqar Çartəpə kəndində yeni məktəb binası tikilib

Qubanın rayon mərkəzindən 20 kilometrlik məsafədə yerləşən Çartəpə kəndində yeni məktəb binası inşa olunub.

Kanal15.tv AZƏRTAC-a istinadən xəbər verir ki, ucqar yaşayış məntəqəsində tikilən yeni təhsil ocağında artıq son tamamlama işləri aparılır. İkimərtəbəli məktəb binası 132 şagird yerlikdir. Təhsil ocağında on dörd sinif otağı, iki laboratoriya, kitabxana, yeməkxana, idman zalı və digər xidməti otaqlar fəaliyyət göstərəcək. Məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin keyfiyyətli tədrisi üçün xüsusi otaq yaradılıb.
Yeni məktəbdə müasir istilik sistemi quraşdırılacaq, binanın elektrik təchizatı tamamilə yenilənəcək.
Çartəpə kəndində tikilən yeni məktəb gələn tədris ilindən şagirdlərin istifadəsinə veriləcək. Bu təhsil ocağı ilə yanaşı, rayonun Ərməki kəndində də yeni məktəb binasının tikintisi yekunlaşmaq üzrədir.
Ötən 10 ildə Quba rayonunda 70-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir olunub.

Şərh

Şərh

To Top