İqtisadi Zona

Ermənistanda benzin və dizel yanacağı ucuzlaşıb

Armenpress agentliyinin verdiyi xəbərə görə son günlər Ermənistanda benzin və dizel yanacağının qiymətləri düşüb.
Dekabrın 15-də Premium markalı benzinin bir litri 350 dram (0, 70 dollar), Regular markalı benzinin 1 litri 330 dram (0, 68 dollar), dizelin 1 litri isə 320 dram (0, 66 dollar) idi. Hazırda isə bu yanacaqlarınhər biri 10 dram ucuzlaşıb.
Ermənistan İqtisadi Rəqabətin Müdafiəsi Dövlət Komitəsinin sözçüsü Qayane Saakyan Armenpress agentliyinə deyib ki, komitə bazardakı prosesləri diqqətlə monitorinq edir.
Armenpress xəbər verir ki, ötən oktyabrda yanacağın qiymətləri 20-30 dram düşmüşdü.
Xanım Saakyan yanacağın ucuzlaşmasını bazardakı rəqəbətlə əlaqələndirir. Onun sözlərinə görə bazarda yanacağı çox aşağı qiymətlərlə idxal edən firma peyda olub.
Bazara sentyabrda daxil olan bu şirkət yanacağı Rusiya və Rumıniyadan alır.
Azadliq.org

Şərh

Şərh

To Top