Azərbaycan

Masallıda qətl, kriminal avtoritetin qardaşı öldürüldü

Kanal15.Tv xəbər verir ki, bu gün axşam saatlarında Masallı rayonunun Türkoba kəndi ərazisində qətl törədilib.

Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib.

Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti  müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.

Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub.

Qətlə yetirilən şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir.

Şərh

Şərh

To Top