İdman

Riçard Almeyda İtaliya klubuna keçə bilər – Meneceri açıqladı

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın meneceri Qaetano Montalbano maraqlı açıqlamalar verib. Kanal15.tv xəbər verir ki, o, braziliyalı oyunçunun İtaliya A Seriyası klublarından birinə keçə biləcəyini deyib. 

Montalbano yanvarda bu transferin baş tutma ehtimalı olduğunu bildirib: “Riçarda təkliflər çoxdur. Ötən il onu iki klub izləyirdi. Onlar A Seriyası klubları idi.

O, yarımmüdafiənin mərkəzində və solunda oynamağı bacarır. Riçard Avropa Liqasında komandasına xeyli kömək edib. Çox güclü futbolçudur. Xeyli qol ötürmələri və qolları var”.

Şərh

Şərh

To Top