Azərbaycan

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Biləsuvar şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 dekabr 2016-cı il tarixində Biləsuvar şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Şirvan şəhərinin, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı artıq başlayıb. Qəbul yazılma Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilir

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Şərh

Şərh

To Top