Maraqlı

160 eşşək dərisindən hazırlanmış İblis kitabı

“İblis Bibliyası” adlanan 624 səhifəlik bu kitabın ağırlığı 75 kiloqramdır. Vərəqləri 160 eşşəyin dərisindən hazırlanmış bu kitabın eni 50 sm, uzunu 92 sm-dir.
Kanal15.tv Daily Mail-ə istinadən bildirir ki, İsveçin paytaxtı Stokholmda saxlanan bu kitab “Codex Gigas” kimi də tanınır. 12-13-cü əsrlərin qovşağında guya İblisin yardımı ilə bir rahib tərəfindən yazıldığı iddia edilən kitabla bağlı rəvayətlərə görə, həmin rahib günahlarının bağışlanması üçün Bibliyanın üzünü bir gecəyə köçürəcəyini vəd etmişdi. Amma bu işi səhərədək başa vura bilməyəcəyini anlayanda rahib İblisdən yardım istəyib.
Alimlərin fikrincə, kitabı 13-cü əsrin əvvəllərində Çexiyanın paytaxtı Praqadan 100 km aralıdakı Podlajitsa şəhərindəki benediktin monastırının rahibi yazıb.
Rahib bu kitabı 12 ilə yazıb. İlkin olaraq 640 səhifədən ibarət “İblis Bibliyası”nda indi 624 səhifə qalıb.
Kitabda Əhdi Ətiq və Əhdi Cədid, Seviliyalı İsidorun “Etimologiya”sı, İosif Flavinin “Yəhudi savaşları”, “Günahkarın aynası”, Kosma xronikasının siyahısı, müxtəlif dualar və müqəddəslərin bayramları göstərilmiş təqvim var.
Kitabın 290 səhifəsində bütün xristianlar üçün müqəddəs mətnlər İblisin rəsmləri ilə müşayiət olunur.

Şərh

Şərh

To Top