İdman

Dünyanın ən təhlükəli klubu – Heç kim onlarla oynamaq istəmir

Portuqaliyanın 4-cü liqasında çıxış dən “Kanelas 2010” son 11 matçının hamısını 3:0 hesabı ilə qazanıb. Amma uğurlu çıxışın səbəbi komandanın möhtəşəm oyunu deyil. Səbəb rəqbilərin onlarla oynamaq istəməməsi və meydana çıxmamasıdı.

Çünki “Kanelas 2010″la oyunların “terrorun ortasında” keçdiyini deyir. Komandanın internetdə yayımlanan videoları da bunu göstərir. “Kanelas 2010″un futbolçuları həddən artıq sərt oynayır, bir çox hallarda qəddarlıq edir. Bu səbəbdən də rəqibləri onlarla oynamaqdansa, 750 avro cərimə ödəməyə və texniki məğlubiyyət almağa razılaşır.

Bu mövsüm çempionatdakı 17 oyundan 16-da qələbə qazanan komandanın rəqiblərindən cəmi biri onlarla oynamağa razı olub.

Şərh

Şərh

To Top