Qarabağ

Erməni hərbçiləri Qarabağa aparan avtobus yandı

Erməni hərbi qulluqçuları Azərbaycanın işğal altında Dağlıq Qarabağ bölgəsinə aparan avtobus yanıb.

Kanal15.tv azvision.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 23-də saat 16 radələrində Ararat rayonunun Yerasxavan kəndi yaxınlığında baş verib.

Yanğın nəticəsində ölən yoxdur. Hadisə şahidlərin sözlərinə görə, hərbi qulluqçuların şəxsi əşyaları, paltarları və avtobus tam yanıb.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məlumatı təsdiqləsə də, hadisə barədə ətraflı məlumat verməyib.

Şərh

Şərh

To Top