İdman

“Ronalduya hörmət edirəm, amma Messinin səviyyəsi başqadır”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Real”ın hücumçusu Kriştianu Ronaldu və “Barselona”nın oyunçusu Lionel Messini müqayisə edib.

Kanal15.tv qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında Messini daha səviyyəli futbolçu adlandırıb:

“Bəli, Messi daha yaxşıdır. Çünki o, əla oynayır, qollar vurur və komanda yoldaşlarına da motivasiya verir.

Mən böyük futbolçuların hamısına hörmət edirəm. Ronaldu isə bu siyahının zirvəsində yer alıb. Ancaq Messi başqa səviyyədədir”.

Şərh

Şərh

To Top