DÜNYA

İraqda bazar bombalandı – 20 dinc sakin öldü

İraqın Mosul şəhərinin qərbində yerləşən Əl-Baac yaşayış məntəqəsinə endirilən hava zərbəsi nəticəsində ən azı 20 dinc sakin ölüb, təqribən 55 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar da var.

Kanal15.tv xəbər verir ki, bu barədə Neynəva əyaləti rəhbərliyinin nümayəndəsinə istinadən “Rudaw” telekanalı məlumat yayıb.

Zərbənin hansı ölkəyə məxsus təyyarə tərəfindən endirildiyi məlum deyil.

Şərh

Şərh

To Top