Hadisə

Uşaq bağçasında yanğın baş verib

Qaxda uşaq bağçasında yanğın olub.

Kanal15.tv APA-ya istinadən xəbər verir ki, yanğın dekabrın 25-i axşam saatlarında rayonun Cəlayir kəndindəki ümumi sahəsi 252 kv/m olan birmərtəbəli  11 saylı körpələr evi-uşaq bağçasında  qeydə alınıb.

Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində  bağçanın 1 otağının 38 kv/m-lik və çardağın 12 kv/m hissəsi yanıb. Bağçanın  qalan hissəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh

Şərh

To Top