İdman

“Yuventus” ona 90 milyon avro ödəyəcək…

Almaniya millisinin və “Real Madrid” klubunun futbolçusu Toni Kroos İtaliyanın “Yuventus” komandasına keçə bilər.

Kanal15.tv  xəbər verir ki, Turin təmsilçisinin qarşı tərəfə 90 milyon avroluq rəsmi təklif göndərəcəyi bildirilir.

Xatırladaq ki, 2014-cü ildə Almaniyanın “Bavariya” komandasından “kral” klubuna transfer olunan T.Kroos “qalaktikos”un heyətində keçirdiyi 119 oyunda 4 dəfə fərqlənib.

Şərh

Şərh

To Top