İqtisadi Zona

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin ölkədə yaşayış minimumu və ehtiyac meyarının artırılması haqqında qanunlarını təsdiqləyib.

Kanal15.tv “Report”a istinadən xəbər verir ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiqlənib.

Hər iki qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Şərh

Şərh

To Top