Hadisə

Bakıda avtobus sürücüsü qadını öldürdü – YENİLƏNİB

12:15

Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. Kanal15.tv nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 25-də saat 07 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Balaxanı qəsəbə sakini qabil Ələkbərov idarə etdiyi “Otoyol” markalı 105 saylı xətt avtobusu ilə yolu keçən Lerik rayon sakini Zəminə Əliyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

———-

09:46

Bakıda sərnişin avtobusu 45 yaşlı qadını vuraraq öldürüb.

Kanal15.tv report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Əliyeva Zəminə İdinəli qızı yolu keçmək istəyərkən onu 105 saylı sərnişin avtobusu vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokrurluğunda araşdırma aparılır.

Şərh

Şərh

To Top