Cəmiyyət

Dələduzluq edən sabiq prokurorluq əməkdaşı MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Kanal15.tv Teleqraf.com-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Samir Nəsirov ittiham aktına münasibət bildirərək, özünü təqsirli bilməyib. O, sözügedən məbləğin borc kimi alındığını deyib.

Məhkəmədə bildirilib ki, zərərçəkənlərə dəymiş ziyan tam ödənilib.

Proses yanvarın 5-də davam edəcək.

Qeyd edək ki, Samir Nəsirov zərərçəkmiş şəxslərə qarşı ümumilikdə 150 min manatdan çox dələduzluqda təqsirləndirilir.

Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərh

Şərh

To Top