DÜNYA

Klintonun QARABAĞ PLANI, Türkiyə-İran müharibəsi… – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün “Putinin ittifaqları” adlanan qurumların Sankt-Peterburqda iclasları başlanıb. Türkiyə Suriyanın Əl Bab şəhərini İŞİD-dən təmizləmək üçün bölgəyə əlavə qüvvələr cəlb edib. Bazar günü Qara dənizə düşən Rusiyanın Tu-154 təyyarəsinin qəzası barədə müxtəlif iddialar bir-birinin əvəz edir. Erməni politoloqu İqor Muradyan ABŞ-ın Qarabağla bağlı planına dair maraqlı bir iddia irəli sürüb.

ABŞ-ın Rusiyaya qarşı tarixi Qarabağ PLANI – Klinton və Buş nə istəyirdi?

Erməni politoloqu İqor Muradyanın sözlərinə görə, ABŞ-ın hələ Bill Klintonun prezidentliyi dövründə dövründə Dağlıq Qarabağ münaqişəsindən Rusiyaya qarşı şantaj kimi istifadə etmək planı var idi.
O, bildirib ki, Bill Klinton administrasiyası dövründə hazırlanan bu plan, Corc Buşun zamanında da aparıldı.
“2001-ci ildə Qarabağ münaqişəsindən Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi proqramları var idi. ABŞ həm təzyiq, həm də NATO-nun genişlənməsi üçün Qarabağ məsələsini qaldırmağı düşünürdü. Lakin Rusiya ağıllı davrandı və tələyə düşmədi”, – deyə o bildirib.

İ.Muradyan qeyd edib ki, Ki-Uest görüşündə bütün plan alt-üst oldu.

Bu Rusiyanın Sanks-Peterburq şəhərində Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Ali Avrasiya İqtisadi Şurasının iclasları başlayıb.

Ermənistan prezidenti Serj Sarkisyanın qatıldığı toplantılarda Belarus lideri Aleksandr Lukaşenko iştirak etmir. Kremlin sözçüsü Dmitri Peskov bildirb ki, bu imzalanacaq qərarlara təsir etməyəcək. Onun sözlərinə görə, sənədlər Minsklə qabaqcadan uyğunlaşdırılıb.

Qırğızıstan Avrasiya İqtisadi İttifaqının Gömrük kodeksini imzalamayıb. Bu haqda Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Tiqran Sarkisyan bildirib. “İki sənəddən başqa bütün sənədlər imzalanıb. Qırğızıstan Avrasiya İqtisadi İttifaqının ticarət siyasətinin inkişafı haqqında bəyanatı və Gömrük kodeksini imzalamayıb”, – deyə Sarkisyan vurğulayıb.

Onun sözlərinə görə, qalan 20 sənəd imzalanıb.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi Ermənistanın nümayəndəsi ola bilər”. Bu barədə rusiyalı politoloq Aleksandr Karavayev deyib.

Karavayevə görə, Ermənistan öz nümayəndəsinin KTMT-yə rəhbərlik etməsini istəyirsə, o zaman Dağlıq Qarabağla bağlı söz verməlidir: “İclasda Ermənistanın Qarabağ məsələsində mövqelərini gücləndirmək üçün KTMT-ni təzyiq meydançası kimi istifadə etməyə başlamayacağı müəyyən edilərsə, təşkilatın baş katibi erməni nümayəndəsinin olması müzakirə edilə bilər”.

Şərh

Şərh

To Top