İdman

Məşhur futbolçu itinin sayəsində sağ qaldı

Bu yaxınlarda insult keçirən Riqober Sonq maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Kanal15.tv apasport-a istinadən xəbər verir ki, tanınmış kamerunlu futbolçu itinin sayəsində həyatda qaldığını bildirib.

40 yaşlı Sonq bildirib ki, iti olmasaydı, heç kim onun insult keçirdiyini bilməzdi: “Vəziyyətim pisləşəndə itim bərkdən hürüb. Bunu eşidən qonşum isə narahat olmağa başlayıb. Xoşbəxtlikdən, qapını açıq qoymuşdum. Buna görə də qonşu içəri daxil ola bilib. Əgər qapı bağlı olsaydı, mən ölərdim. Halım pisləşəndə yıxıldım və boğulmağa başladım. Çünki dilim qatlanmışdı. Qonşu məni səslədi, cavab vermədiyimi gördükdə təcili yardım çağırdı”.

Qeyd edək ki, Kamerun millisində 137 oyun keçirən Riqober Sonq 2010-cu ildə futbolçu karyerasını başa vurub və bu ildən məşqçiliyə başlayıb.

Şərh

Şərh

To Top