Hadisə

Nizamidə 8 otaqlı ev yandı

Bakıda yanğın qeydə alınıb.

Kanal15.tv Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 540 (hər mərtəbəsi 270 m2) olan mansard tipli ikimərtəbəli 8 otaqlı evin mansardının yanar konstruksiyaları və içərisində olan əşyalar 60 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh

Şərh

To Top