İdman

“Qalatasaray”da GƏRGİNLİK: Futbolçuların sözü çəp gəldi

“Qalatasaray”da komanda daxilində gərginlik yaşanıb.

Kanal15.tv xəbər verir ki, Türkiyə çempionatında 16-cı tur çərçivəsində keçirilən “Qalatasaray” – “Alanyaspor” matçından sonra “cim-bom”un paltardəyişmə otağında futbolçular arasında mübahisə olub.

Oyun meydan sahiblərinin böyükhesablı qələbəsiylə (5:1) bitməsinə baxmayaraq, Yasin Öztekinlə Brumanın sözləri çəp gəlib. Onların bir-birinə ötürmə verməmək üstündə mübahisə etdikləri məlum olub. Münaqişənin böyüməsinə veteran futbolçu Ayhan Akman və baş məşqçi Yan-Olde Rikerink imkan verməyib.

 

https://youtu.be/z1bc3hkqXrY

Şərh

Şərh

To Top