Hadisə

İmişlidə AĞIR YOL QƏZASI: 8 nəfər xəsarət aldı

İmişli rayonunda ağır yol qəzası baş verib.

Kanal15.TV xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun “Dördyol ayrıcı” adlanan ərazisində qeydə alınıb.

Belə ki, İmişlidə məskunlaşan Füzuli rayon sakini, 58 yaşlı Fərmail Əlheydər oğlu Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə İmişli sakini, 34 yaşlı Yengibar Yadigar oğlu Abışovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü, “VAZ-2106”-da olan Füzuli rayon sakinləri – 53 yaşlı Elmira Adışirin qızı Cəfərova, onun bacısı, 45 yaşlı Züleyxa Cəfərova, 14 yaşlı Bəsti Elxan qızı Cəfərova, 12 yaşlı Elşad Elxan oğlu Cəfərov, 28 yaşlı Gülnar Cəfər qızı Əliyeva və Dərya Pərviz qızı Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (report)

Şərh

Şərh

To Top