İdman

Kriştiano Ronaldo Avropanın ən yaxşı idmançısı seçildi

“Real”ın və Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo 2016-cı ildə Avropanın ən yaxşı idmançısı seçilib.

“İnterfaks” xəbər verir ki, Ronaldo Avropanın 27 informasiya agentliyi arasına keçirilən sorğuda ən çox səsi toplayıb.

Bu il Ronaldo “Kral klubu”nun heyətində Çempionlar Liqasını, UEFA Superkubokunu və klublar arasında dünya çempionatını qazanıb. Milli komanda ilə isə 31 yaşlı portuqaliyalı Avropa çempionatının qalibi olub.

O, bir neçə həftə əvvəl Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top”a da layiq görülmüşdü. (trend)

Şərh

Şərh

To Top