Cəmiyyət

Qulaqda sırğa olduğu halda alınan qüsl düzgündürmü?

Qulaqda sırğa olduğu halda alınan qüsl düzgündürmü? Əgər sırğanı qulaqdan çıxarıbsa, qulaqdakı sırğa deşiyinin içi də qüsl zamanı isladılmalıdır?

Kanal15.tv  islam.az-a istinadən bildirir ki, qüsl zamanı bədənin zahirdə görünən bütün hissələri islanmalıdır. Sırğa adətən qulağın bir hissəsini örtür və onun altına suyun keçməsi çətin olur. Ona görə də ya gərək qüsldən əvvəl sırğa qulaqdan çıxarılsın, ya da qüsl alan zaman sırğa qulaqda tərpədilsin ki, altına su keşsin və qulaq tam islansın. Sırğanı qulaqdan çıxarandan sonra qulaq deşiyinin içini yumağa ehtiyac yoxdur. Çünki yuxarıda qeyd etdiyimiz kimi, qüsl zamanı bədənin zahirdə görünən yerlərini islatmaq kifayətdir. Qulağın deşiklərinin içi görünmədiyi üçün onları yumağa çalışmaq da lazım deyil.

Şərh

Şərh

To Top