Bölgələr

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan 15:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Kanal15.tv SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Şərh

Şərh

To Top