Cəmiyyət

Təhlükə var? – Xəzərdə seysmik aktivlik artıb – FOTO

2014-2016-cı illərdə Xəzərdə seysmik baxımdan aktivliyin artması müşahidə olunub.

Kanal15.tv Trend-ə istinadən xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2016-cı ildə Mərkəzdə aparılmış elmi və elmi-istehsalat işlərinə dair illik hesabatı təqdim edərkən deyib.

Baş direktor bildirib ki, 2016-cı il ərzində RSXM-nin respublika ərazisində olan 42 seysmik stansiyası ( 35 daimi və 7 stasionar) 9905 zəlzələ qeydə alınmışdır. Azərbaycan və ona bitişik ərazilərdə 7866, respublika ərazisində 4365, dünyada 2039 zəlzələlər RSXM tərəfindən emal edilib. Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 91 zəlzələ olub. Onlardan 18-i hiss olunub. İl ərzində respublika ərazisində baş verən ən güclü zəlzələ isə 1 avqust 2016-cı il tarixində İmişli ərazisində baş verən və maqnitudası 5.6 olan İmişli zəlzələsi olub.

Şərh

Şərh

To Top