Hadisə

Xaçmazda avtomobil sexi partladı – Xəsarət alanlar var

Xaçmaz rayonunda avtomobil sexlərindən birində partlayış olub.

Kanal15.tv xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.

Belə ki, oksigen balonu ilə işləyən ustalar Rəvan Məhərrəmov və Cavad Şıxəmirov Xudat Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Bakıya, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndəriliblər.

Xudat Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, avtomobil ustaları qaynaq edərkən partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır. (report)

Şərh

Şərh

To Top