DÜNYA

Daha bir qadın deputat terror ittihamı ilə həbs olundu

PKK-nın siyasi qolu HDP-nin sədr müavini, deputat Aysel Tuğluk, terror təşkilatına üzv olma ittihamı ilə həbs olunub.

Kanal15.tv xəbər verir ki, Diyarbəkir  prokurorluğunun açdığı cinayət işi çərçivəsində Ankarada saxlanılan Tuğluk, məhkəmənin qərarı ilə həbsə göndərilib.

Tuğluka terror təşkilatına üzv olma, terror təşkilatının idarəçiliyində iştirak etmə maddələri irəli sürülüb.

1965-ci ildə Elazığda dünyaya gələn Aysel Tuğluk zaza mənşəlidir.

Şərh

Şərh

To Top