Bölgələr

Heydər Əliyev Fondunun dəstəyi ilə Yevlax rayonunda tədbir keçirilmişdir.


28 dekabr Heydər Əliyev Fondunun dəstəyi ilə Yevlax rayonunda xeyriyyə tədbiri keçirilmişdir.

Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təşkil edilmiş mərasimdə şəhid ailələri, Böyük Vətən müharibəsinin veteranları, Qarabağ müharibəsi və Çernobıl əliləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Yevlax Rayon Əmək və Əhalinin Sosial Yardım Fondunun müdiri Zərifə Əzizova  iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü  münasibətilə təbrik etmiş, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonda aparılan böyük quruculuq-abadlıq işlərindən danışmışdır.Zərifə Əzizova aztəminatlı ailələrin daim dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulamış, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti və xeyirxah əməlləri ilə böyük xalq məhəbbəti qazandığını diqqətə çatdırmışdır.

Yevlax rayon sakinləri Kanal15.tv vasitəsi ilə onlara daim diqqət və qayğı göstərən Azərbaycan Prezidentinə və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə bu xeyirxah tədbirin keçirilməsinin təşəbbüskarı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Sonda 2500 nəfərə yaxın aztəminatlı ailələrə Heydər Əliyev Fondunun bayram sovqatı paylanmışdır.  

Şərh

Şərh

To Top