Cəmiyyət

Namazda “Fatihə” səhvən oxunarsa, nə etməli?

Namazın üçüncü və dördüncü rükətlərində adam təsbihati-ərbəə oxumaq yerinə Fatihə surəsini oxumağa başlasa, ortada bunun fərqinə varsa, nə etməlidir?

Kanal15.tv islam.az-a istinadən bildirir ki, namazın üçüncü və dördüncü rükətlərində həm təsbihati-ərbəə, həm də Fatihə surəsi (əlavə surəsiz) oxumaq olar. İnsan bu ikisindən hansı birini oxusa məqbuldur, amma təsbihati-ərbəə oxumağın savabı daha çoxdur. Əgər insan qabaqcadan niyyət etsə ki, üçüncü ya dördüncü rükətdə təsbihati-ərbəə oxusun, amma yadından çıxsa və ya dili çaşsa və Fatihə surəsini oxusa, o halda fərqinə vardığı an dayanıb, təsbihati-ərbəəni oxumağa başlamalıdır. Amma əgər qabaqcadan niyyət etməsə, adəti üzrə hər namazda üçüncü (dördüncü) rükətdə təsbihat oxuyurmuşsa, amma bu dəfə çaşıb Fatihə oxuyubsa, bunun maneçiliyi yoxdur və qiraəti dəyişdirməyə ehtiyac da qalmır.

Şərh

Şərh

To Top