DÜNYA

Prezident azərbaycanlı döyüşçüyə 150 minlik avtomobil bağışladı – FOTO

“Hədiyyələrə görə sağ ol, qardaş”.

Çeçenistan prezidenti Ramzan Kadırov azərbaycanlı döyüşçü Zabit Səmədovu Pol Slavinski üzərindəki qələbə münasibətilə təbrik edib və minnətdarlıq kimi ona “Mersedes” markalı avtomobil hədiyyə edib.

Kanal15.tv xəbər verir ki, Zabit yeni maşının fotosunu İnstaqramm səhifəsində paylaşaraq “Hədiyyələrə görə sağ ol, qardaş” yazıb.

Qeyd edək ki, “Mersedes S-class” markalı avtomobilin son buraxılışın orta qiyməti 150 min dollardır.

 

Şərh

Şərh

To Top