DÜNYA

Məşhur aktrisa qızından bir gün sonra ölüb

Hollivudun tanınmış aktrisalarından Debbi Reynolds 84 yaşında Los Ancelesdə vəfat edib.

 

Kanal15.tv-nin  BBC-yə istinadən verdiyi məlumata görə, D. Reynolds dekabrın 27-də ölən məşhur “Ulduz müharibələri” filmində “Şahzadə Lean” rolunun ifaçısı Keri Fişerin anasıdır. Aktrisanın oğlu mediaya bildirib ki, Kerri Fişin ölümündən sarsılan Debbi Reynolds dekabrın 28-də xəstəxanaya yerləşdirilib. Aktrisanın insultdan öldüyü bildirilir.

 

Qeyd edək ki, D. Reynolds 1932-ci il aprelin 1-də Texasda anadan olub. Aktrisa əsasən komediya filmlərində rol alıb və həmin obrazlara görə məşhurlaşıb. Aktrisa “Ana” filmində yaratdığı obraza görə 1970-ci ildə “Qızıl qlobus” mükafatına layiq görülüb.

 

D. Reynolds “Səma və torpaq”, “Ana”, “Malvini sevirəm”, “Üç kiçik söz” və s. filmlərdə müxtəlif obrazlar yaradıb.

 

Şərh

Şərh

To Top