DÜNYA

“35 amerikalı diplomat Rusiyadan qovulur”

Rusiya 35 amerikalı diplomatı arzuolunmaz şəxs etmək niyyətindədir. Onlardan 31-i Moskvadakı səfirliyin, dördü isə Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşıdır.

Kanal15.tv azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Təbii ki, biz bunu cavabsiz qoyamayacağıq. Qarşılıqlı addımlar diplomatiyanın və beynəlxalq münasibətlərin qanunudur. Ona görə də Rusiya XİN-i digər nazirliklərlə birgə 35 amerikalı diplomatın personan non-qrata edilməsi ilə bağlı Rusiya prezidentinə müraciət edib”, – deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri, həmçinin əlavə edib ki, amerikalılara onların Serebryannı Borudakı bağ evləri və Dorojnayadakı küçəsindəki anbardan istifadəsinin də qadağan olunması təklif olunub: “Bu təfliklərinən operativ qaydada nəzərdən keçiriləciyinə ümid edirik”.

Şərh

Şərh

To Top