DÜNYA

Türkiyə parlamnetinin sədri əməliyyat edildi

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın səhhəti qəfil pisləşib. O dərhal Ankaradakı klinikaların birinə yerləşdirilib.

Kanal15.tv ATV.az-a istinadən məlumatına görə, geniş müayinələrdən sonra spikerin əməliyyat olunması məsləhət görülüb. Elə dünən axşam saatlarında prezident Rəcəb Tayyib Ərdoğan xəstəyə baş çəkib, ona “keçmiş olsun” deyib. Bir neçə saat əvvəl isə o, əməliyyat masasına qaldırılıb.

Bu barədə məlumat verən ölkənin Səhiyyə naziri Rəcəb Akdağ, əməliyyatın uğurla keçdiyini bildirib. Spikerin səhhətindəki problemin nə olduğu isə dəqiq açıqlanmır.

Şərh

Şərh

To Top